RU

Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi

BAKI, 2 may. TELEQRAF

Roma Katolik yeparxiyası Papa XIV Leonun keçmiş qanunsuz immiqrantı Qərbi Virciniya yepiskop təyin etməsi ilə bağlı Vaşınqtonun tənqidlərinə cavab verib.

Teleqraf xəbər verir ki,Qərbi Virciniya yepiskopuMenjivar-Ayala yeniyetməlik illərində müharibənin viran qoyduğu El Salvadordan qaçmaq üçün bir neçə cəhddən sonra ABŞ-yə köçüb. O, Kaliforniyanın San İsidro şəhərinə avtomobilin baqajında gəlib.

Uilinq yeparxiyasının sözçüsü Tim Bishop "Fox News Digital"-a bildirib ki, Menjivar-Ayalanın təyinatı Qərbi Virciniya xalqı üçün bir nemətdir. O keşişin pastoral işini və xidmətini tərifləyib:

"Yepiskop Evelio bir müddət əvvəl daha yaxşı bir həyat və yeni imkanlar axtarışında gəlmişdi və Allaha şükür ki, bunu etdi. Çünki o, yeparxiyamızda imanın çobanı olacaq".

Menjivar-Ayala "US Catholic" qəzetinə bildirib ki, vaxtilə o yarımştat təmizlikçi işləyib, lakin sonda Merilend ştatının Hayattsvil şəhərinə köçüb.

Избранный
26
teleqraf.com

1Источники