RU

Tacikistan səfiri: Qarabağın infrastrukturu sürətli templərlə inkişaf edir

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qarabağın infrastrukturu sürətli templərlə inkişaf edir.Demokrat.az xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon diplomatik korpus nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfər çərçivəsində Trend-ə açıqlamasında bildirib.“Diplomatik korpusa bu gözəl bölgəyə - Qarabağa səfər etmək imkanı yaratdıqlarına görə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Xarici İşlər Nazirliyinə minnətdarlığımı bildirmək istərdim. Qarabağ xüsusilə yaz fəslində-çiçəklənmə dövründə, ağacların və təbiətin çiçəklədiyi vaxtda daha da təsirli görünür, Şuşa və bölgənin digər şəhərləri xüsusi füsunkarlıqla canlanır”,- deyə səfir bildirib.İ.Abdurahmon qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərdiyi illər ərzində regionun sürətli inkişafının şahidi olub.“Azərbaycan hökumətinin bu ərazilərin bərpasına və inkişafına xüsusi diqqət yetirdiyini görürük. Bu şəxsən mənim Şuşa şəhərinə artıq səkkizinci səfərimdir və hər dəfə bölgənin necə dəyişdiyini və inkişaf etdiyini müşahidə edirəm. Burada infrastruktur sürətlə inkişaf edir”,- deyə o vurğulayıb.Diplomat bildirib ki, region sakinləri üçün böyük əhəmiyyət daşıyan məktəblər, yollar və inzibati obyektlər inşa olunur.“Eyni zamanda qeyd etmək istərdim ki, ötən il Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Zirvə görüşü keçirilib və burada iştirakçı ölkələrin liderləri iştirak ediblər. Onlar regionun sürətli inkişafı ilə şəxsən tanış olublar.Füzuli, Zəngilan şəhərlərində beynəlxalq hava limanları inşa edilib, bu yaxınlarda isə Laçında da hava limanı açılıb. Qardaş Azərbaycan xalqına sülh, firavanlıq və davamlı inkişaf arzulayırıq”,- deyə İ.Abdurahmon əlavə edib.Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr iştirak edirlər.İki gün davam edəcək səfər Xankəndi şəhərini, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarını əhatə edir.Səfər zamanı iştirakçılar regionda aparılan yenidənqurma və bərpa işləri ilə yerindəcə tanış olmaq, habelə sosial və iqtisadi əhəmiyyətli obyektləri ziyarət etmək imkanı əldə edəcəklər.Füzuli, Zəngilan şəhərlərində beynəlxalq hava limanları inşa edilib, yaxın zamanda isə Laçında da hava limanı açılıb. Qardaş Azərbaycan xalqına sülh, firavanlıq və davamlı inkişaf arzulayırıq”, — deyə İ.Abdurahmon əlavə edib.Demokrat.az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
33
1
demokrat.az

2Источники