RU

Ermənilər xəritə yaydılar- Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib


Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana səfəri və sərhədlərin müəyyənləşməsi ilə bağlı prosesin sürətləndirilməsi Ermənistandakı bəzi dairələrin ciddi narahatlığına səbəb olub. Musavat.com sputniknews.ru-ya istinadən xəbər verir ki, Nikol Paşinyan hökumətindən narazı olan dairələr 2024-cü ildən bu günə qədər delimitasiya və demarkasiya çərçivəsində baş verən dəyişikliklərin gizli saxlanıldığıını iddia edir. İddia edilir ki, rmənistan hakimiyyəti Azərbaycanla razılaşdırılaraq quraşdırılan sərhəd dirəklərinin dəqiq koordinatlarını açıqlamır. Sayt xəritə dərc edib.

“Yenilənmiş peyk görüntüləri və digər məlumatlar əsasında hazırlanmış xəritə göstərir ki, ərazidə real vəziyyət fərqlidir. Xəritədə qırmızı xətlə delimitasiya olunmuş və hazırda tikanlı məftillə hasarlanmış yeni sərhəd göstərilib. Sarı xətlə isə “Google” xəritələrindəki sərhəd qeyd olunub. Tünd qəhvəyi rənglə Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olmuş və Azərbaycana keçən ərazilər işarələnib. Açıq qəhvəyi rəng “neytral zona”nı göstərir ki, delimitasiyadan sonra bu ərazilər də tam şəkildə Azərbaycanın nəzarətinə keçib.Tünd yaşıl rənglə Berkaber istiqamətində əvvəllər Azərbaycanın nəzarətində olub, lakin Ermənistana keçən ərazi qeyd edilib. Məhz bu ərazidə Bakı yeganə mövqedən bir qədər geri çəkilib. Zolaqlı yaşıl sahələr isə delimitasiyadan sonra Ermənistanın nəzarətinə keçən digər “neytral zonaları” göstərir” deyə, xəbərdə bildirilir. .
İddiaya görə, nəticədə ümumi hesabla təxminən 5,9 kvadrat kilometr ərazi Azərbaycanın, 0,5 kvadrat kilometrdən az ərazi isə Ermənistanın nəzarətinə keçib.
Xəritədə həmçinin delimitasiya zonasından kənarda yerləşən, lakin Ermənistan hərbçiləri tərəfindən tərk edilən mövqelərdən biri də göstərilib. Müdafiə Nazirliyi bu məsələni şərh etməkdən imtina edərək, bununla bağlı artıq açıqlama verildiyini bildirib.
Saytın məsələ ilə bağlı Ermənistan baş nazirinin müavini, delimitasiya komissiyasının rəhbəri Mher Qriqoryan ofisinə ünvanlanan sorğular cavabsız qalıb və yenidən Müdafiə Nazirliyinə yönləndirilib. Nazirlik isə əlavə məlumat təqdim etməyəcəyini bildirib.

ŞahinErmənilərin yalançı hay-küyünə baxmayaraq, əvvəla, sərhədlərin delimitasiyası prosesi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq aparılır və bu, Azərbaycanın uzun illərdir müdafiə etdiyi mövqedir. Nikol Paşinyan tərəfindən 12 kilometrlik hissədə razılaşmanın təsdiqlənməsi faktiki olaraq Ermənistanın da bu reallığı qəbul etdiyini göstərir. Yəni bu proses artıq mübahisədən daha çox texniki mərhələyə keçid kimi qiymətləndirilə bilər.
Xəritə analizində göstərilən əsas məqam — təxminən 5,9 kvadrat kilometr ərazinin Azərbaycanın nəzarətinə keçməsi — rəsmi Bakının mövqeyinin mərhələli şəkildə həyata keçirildiyini göstərir. Bu, 2020-ci ildən sonra yaranmış yeni geosiyasi reallıqların praktik nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycanın məqsədi mübahisəli əraziləri hərbi deyil, hüquqi və texniki mexanizmlərlə geri qaytarmaq idi və mövcud proses bunu təsdiqləyir.
Digər tərəfdən, Ermənistan tərəfinin “şəffaflıq çatışmazlığı” kimi təqdim edilən vəziyyəti əslində daxili siyasi problemlərlə daha çox bağlıdır. Rəsmi İrəvan cəmiyyətə bu dəyişiklikləri izah etməkdə çətinlik çəkir, çünki delimitasiya prosesi real sərhədlərin sovet dövrü xəritələri əsasında bərpasını nəzərdə tutur. Bu isə illərlə formalaşmış yanlış təsəvvürlərin dağılması deməkdir.
Baş verənlər Azərbaycanın mövqeyinin gücləndiyini, sərhədlərin beynəlxalq hüquqa uyğun şəkildə müəyyənləşdirilməsi istiqamətində real nəticələr əldə olunduğunu göstərir. Ermənistan daxilində yaranan narazılıqlar isə daha çox daxili siyasi diskussiyaların məhsuludur və ümumi prosesin mahiyyətini dəyişmir.
Musavat.com

Избранный
5
4
musavat.com

5Источники