RU

Rusiyada FACİƏ: Dördü uşaq olmaqla, bir ailənin yeddi üzvü həlak oldu - VİDEO

Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin Meqion şəhərinin Vısokiy kəndində fərdi evdə yanğın baş verib. Nəticədə dördü uşaq olmaqla, yeddi nəfərdən ibarət ailə həlak olub.

Bu barədə Yuqra qubernatoru Ruslan Kuxaruk "Maks" qəzetinə açıqlamasında məlumat verib.
 


"Meqionun Vısokiy kəndində gecə baş verən yanğın zamanı dördü uşaq olmaqla, 7 nəfərlik ailə həlak olub. İlkin məlumatlara görə, yanğına elektrik cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub", - deyə o bildirib.

Region rəhbəri vurğulayıb ki, Yuqra Sosial İnkişaf Departamenti bələdiyyə administrasiyası ilə birlikdə ölənlərin yaxınları üçün təcili sosial və psixoloji yardım təşkil edəcək.

Избранный
22
7news.az

1Источники