RU

ABŞ bu ölkələrə 8,6 milyard dollarlıq hərbi texnika satacaq

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

ABŞ Yaxın Şərq regionundakı müttəfiqlərinə - İsrail, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) dəyəri 8,6 milyard dollardan (təxminən 14 milyard 620 milyon AZN) çox olan hərbi texnika satacaq.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası bununla bağlı qərarı təsdiqləyib.

Bildirilir ki, bağlanmış ən böyük müqavilələrə əsasən, Qətərə təxminən 5 milyard dollar (təxminən 8 milyard 500 milyon AZN), Küveytə 2,5 milyard dollar (təxminən 4 milyard 250 milyon AZN), İsrailə 992,4 milyon dollar (təxminən 1 milyard 686 milyon AZN), BƏƏ-yə isə 147,6 milyon dollar (təxminən 250 milyon AZN) dəyərində hərbi texnika satışı həyata keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
50
20
qafqazinfo.az

10Источники