RU

Seçkiqabağı gərginlik artır: Paşinyan rus kanallarının yayımını dayandırır

Mayın 1-də Baş nazir Nikol Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının iclasının keçirilib. 

“Cebheinfo.az” xəbər verir ki, “Hraparak” nəşrininin iclasda müzakirə olunan məsələlərlə bağlı yaydığı məlumat diqqəti cəlb edib. 

“İclasın hesabatında digər məsələlərlə yanaşı, yüksək texnologiyalar və sənaye naziri Mxitar Ayrapetyan da iştirak etdiyi qeyd edilir. 

Hökumət dairələrindəki mənbələrdən bizə məlum oldu, görüşdə müzakirə olunan məsələlərdən biri Ermənistanda yayımlanan Rusiya televiziya kanallarının, eləcə də “Telegram” platformalarının bağlanması olub.

Bu kanallar vasitəsilə Ermənistan Respublikasına, xüsusilə də onun hakimiyyəti haqqında yayılan məlumatları diqqətlə izləmək və ona qarşı əks-təbliğat aparılmasına yol verməmək barədə göstəriş verilib.

Görünür, yaxın gələcəkdə hibrid müharibə bəhanəsi ilə bəzi Rusiya kanallarının yayımının dayandırılması ilə bağlı məsələlər qaldırılacaq” - deyə “Hraparak” yazır.

Qeyd edilən məlumat son günlər Ermənistanla Rusiya arasında artan ziddiyyətlərin daha gərgin mərhələyə keçməsindən xəbər verir. Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca Rusiyanın müxtəlif sahələrdə Nikol Paşinyan hakimiyyətinə qarşı təzyiqlərinin artması müşahidə olunur.

Rusiya telekanallarının və “Telegram” platformalarının Ermənistanda yayımının qarşısınına alınacağına dair məsələnin Baş nazir Nikol Paşinyanın və Prezident Vaahn Xaçartyanın iştirak etdiyi iclasda  müzakirə olunması xəbəri rəsmən təsdiq olunmasa da inandırıcı görünür.

Bu ilk növbədə, Rusiyanın son günlər Ermənistana tətbiq etdiyi iqtisadi qadağalarla bağlıdır. Əvvəl “Jermuk” mineral sualarının idxalını dayandıran rəsmi Moskvanın Ermənistana qarşı növbəti sanksiyalar paketi hazırladığı barədə məlumat yayılıb.

Ermənistandan Rusiyaya mövsümi kənd təsərrüfatı məhsulları və gül idxalına, həmçinin müəyyən mədən məhsullarının (molibden filizi, dekorativ daş və s.) alınmasına məhdudiyyətlər qoyulacağı bildilir. 

Ermənistana qarşı daha təhlükəli sanksiyanın Metsamor Atom Elektrik Stansiyasından nüvə tullantılarının utilizasiyası ilə bağlı müqavilələrin yenidən nəzərdən keçirilməsi ilə bağlı olduğu qeyd edilir.

Əgər bu qərar qəbul olunarsa, nüvə tullantılarının Rusiyaya idxalına icazə verilməyəcək və Ermənistanda onların utilizasiyası üçün lazımi şərait olmadığından bu, ekoloji fəlakətə səbəb ola bilər.

Bundan başqa, erməni iş adamlarının və dövlət məmurlarının Rusiya Federasiyasındakı daşınmaz əmlakına və maliyyə aktivlərinə fərdi məhdudiyyətlərin qoyulması nəzərdə tutulur. Hətta bəzilərinin Rusiya Federasiyasından nümayişkaranə şəkildə çıxarılması, girişinə qadağaların tətbiqi gözlənilir. 

Rusiya telekanallarının və “Telegram” platformalarının Ermənistan ərazisində fəaliyyətinin dayandırılması çox güman ki, həmin sanksiyalar paketinə cavab tədbiri məqsədi daşıyır. Bu da ikitərəfli münasibətlərdə siyasi gərginliyin miqyasını böyüdə bilər. 

Təhlükəsizlik Şurasının iclasında Nikol Paşinyanın verdiyi tapşırıqlarla bağlı məlumat Rusiyanın televiziya və sosial media məkanında seçkiqabağı Ermənistan hakimiyyətinin əleyhinə yönəlmiş təbliğatın qarşısını almaq cəhdindən xəbər verir.

Qarşıdakı bir ay ərazində Rusiyaya məxsus informasiya kanallarında Solovyov, Zatulin, Mixeyev kimi neoimperialistlərin vasitəsilə Nikol Paşinyana qarşı sərt, təhqiramiz çıxışların, revanşist müxalifətə dəstək xarakterli çağırışların yer alacağı gözlənilir.

Bütün bunlar isə Ermənistanda seçki kampaniyası dövründə siyasi qarışıqlıq yaratmağa və nəticə etibarı ilə hakimiyyət dəyişikliyinə nail olmağa hesablanıb.

Ona görə də bu təxribatın qarşısını almaq üçün Paşinyan preventiv addım ataraq belə davranış sərgiləcəyəcəkləri təqdirdə, Rusiya telekanllarının və “Telegram” platformalarının Ermənistanda bloklanmasını tapşırıb. 

Избранный
11
1
cebheinfo.az

2Источники