Gürcüstanda Neolit dövrünə aid kərpiçdə tapılan buğda izi çörəklik buğdanın mənşəyi ilə bağlı yeni faktları üzə çıxarıb.
"Euronews"un verdiyi xəbərə görə, alimlər bu bitkinin təxminən 8 min il əvvəl Cənubi Qafqazda təbii hibridləşmə nəticəsində yarandığını bildirir.
Araşdırmalar Qadaçrili Qora və Şulaveris Qora ərazilərində aparılan qazıntılara əsaslanır.
Tədqiqat bu regionun erkən əkinçilik və ərzaq istehsalı mərkəzlərindən biri olduğunu bir daha təsdiqləyir.
Alimlərin qənaətinə görə, bu tapıntı qədim insanların yerli şəraitə uyğun innovativ yanaşmalarından xəbər verir.