RU

Maşını elə yerdə saxladı ki, giriş bağlandı FOTO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Binəqədi rayonunda sürücünün yol hərəkəti qaydalarını pozması sakinlərin narazılığına səbəb olub. Hadisə rayonun İbrahim Sadıqlı küçəsində, 246 saylı məktəbin yaxınlığında qeydə alınıb.

Belə ki, “Mitsubishi” markalı, 90-PG-440 dövlət qeydiyyat nişanlı avtomobil ərazidə yerləşən yaşayış binasının girişini bağlayacaq şəkildə park edilib. Nəticədə sakinlərin binaya giriş-çıxışı çətinləşib, xüsusilə yaşlılar və uşaqlı ailələr üçün ciddi narahatlıq yaranıb.

Sakinlərin sözlərinə görə, bu cür hallar ərazidə tez-tez təkrarlanır və bəzi sürücülər nəqliyyat vasitələrini qaydalara zidd şəkildə saxlayaraq digər vətəndaşların hərəkətinə mane olurlar.

Eltac 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
57
avtosfer.az

1Источники