2025/26 mövsümündə Avstriya kubokunun qalibi müəyyənləşib. 


Rekord.az xəbər verir ki, finalda LASK və “Altax” klubları üz-üzə gəlib. 


Matçın əsas vaxtında qalib aşkarlanmayıb - 2:2. Əlavə vaxtda daha iki dəfə fərqlənən LASK ölkə kubokunun qalibi olub – 4:2. 


Bununla da, LASK 117 illik tarixində ikinci dəfə Avstriya kubokunu qazanıb. Lins təmsilçisi buna qədər 61 il əvvəl, 1965-ci ildə ölkə kubokunun qalibi olmuşdu.