Bu il aprelin 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,9 bənd təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bu, aylıq müqayisədə 2,1 bənd, ilin əvvəli ilə müqayisədə 1,4 bənd, ötən ilin aprelin 1-nə nisbətən 2 bənd azdır.
Fevralın sonuna manatın real effektiv məzənnəsi isə 117,7 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,9 bənd çox, ilin əvvəli ilə müqayisədə 1,9 bənd çox, ötən il aprelin 1-nə nisbətən isə 3,4 bənd azdır.