RU

Tovuzda 73 yaşlı kişi dəm qazından boğulub

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

AzNews.az xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib.

Belə ki, kənd sakini 1953-cü il təvəllüdlü R.Hüseynov yaşadığı evin həyətində olan yardımçı tikilidə dəm qazından boğularaq ölüb.

Onun meyiti müayinə olunmaq üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin rayon şöbəsinə təhvil verilib.

Избранный
20
11
aznews.az

10Источники