RU

“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - İDDİA

“Kontakt Home” əməkdaşlarının müharibə iştirakçısı, veteran Sərvan Əsədovun anası Reyhan Əsədovaya zənglər edərək təzyiqlər göstərdiyi iddia edilir.

Kommersant.az xəbər verir ki, bu barədə R.Əsədova məlumat verib:

“Mənim həyat yoldaşım birinci Qarabağ veteranıdır. Hazırda aramızda deyil. Oğlum da atası kimi tankçı olaraq ikinci Qarabağ veteranıdır.

Mən, ürək əməliyyatı olduğuma görə, oğlum bankdan kredit götürüb. Əldə olunan kredit əməliyyat xərclərini qarşılamadığından qızım Xətai Əsədova sözügedən mağazadan “İphone” markalı telefonu kreditlə götürüb və başqa bir şəxsə satıb. O pulu da mənim əməliyyat xərclərimə əlavə edib. Daha sonra “Kontakt Home”a olan borcumuzu ödəməkdə çətinlik yaşamışıq”.

Onun sözlərinə görə, zəng edərək özünü “Kontakt Home”un hüquqşünası kimi təqdim edən şəxs “mülkünüzə həbs qoyduracam, qızınızı 15 günlük həbs etdirəcəm” kimi təhdid dolu cümlələr işlədib. R.Əsədovanın sözlərinə görə, mağazadan qızına da zəng edərək “iş yerinizə məlumat veriləcək” deyilib.

R.Əsədova əlavə edir ki, “biz dəfələrlə “Kontakt Home”dan xahiş etmişik ki, 15.05.2026 tarixinədək bizə vaxt versin. İlkin mərhələdə 1.000 manat, daha sonra isə hər ay 200-300 manat ödəniş edərik. Buna cavab olaraq isə şirkət bizi məhkəməyə verəcəyini deyir”.

Избранный
35
kommersant.az

1Источники