RU

"Real"ın futbolçusu Dani Karvahalın ayaq barmağında sınıq aşkarlanıb

İspaniyanın "Real" klubu zədəli futbolçusu Dani Karvahalın sağlamlıq vəziyyətini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Aparılan tibbi müayinələrin nəticələrinə əsasən, 34 yaşlı cinah müdafiəçisinin ayaq barmağında sınıq aşkarlanıb.

Dani Karvahal oktyabrın sonundan yanvar ayınadək diz nahiyəsindəki zədə səbəbindən 12 görüşü buraxmaq məcburiyyətində qalıb. Komandanın kapitanı bundan əvvəl isə sentyabrdan oktyabr ayınadək əzələ travmasından əziyyət çəkmişdi.

Xatırladaq ki, ispaniyalı oyunçu cari mövsüm "Real"ın heyətində ümumilikdə 20 matçda meydana çıxıb.

Избранный
48
28
far.az

10Источники