RU

Antoni Neymar haqda: “Xalis istedaddır” – ARENA.AZ

“Betis”in braziliyalı cinah hücumçusu Antoni həmvətəni, “Santos”un ulduz kapitanı Neymar haqda qənaətini açıqlayıb.

Arena.az Antoninin müvafiq fikrini təqdim edir:

“Mənim üçün Neymar – gördüyüm ən istedadlı oyunçudur. Onunla milli komandamızda uzun müddət olmuşam və deyə bilərəm ki, bu, xalis istedaddır. Onun malik olduğu səlislik təəssürat doğurur”, deyə Antoni vurğulayıb.

Xatırladaq ki, Neymar “Santos”un məzunudur. Hücumçu 2009-2013-cü illərdə məhz “balıqlar”ın əsas komandasında çıxış edib. “Santos”un veteran hücumçu ilə müqaviləsinin müddəti 2026-cı ilin sonunadək nəzərdə tutulub.

12 illik fasilədən sonra “Santos”un heyətində qayıtmış “Ney” cari mövsümdə “balıqlar” üçün 11 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Braziiliyalı futbolçunun “Santos”da çıxışının ümümi mənzərəsi 264 oyun, 151 qol və 73 məhsuldar ötürmədən ibarətdir.

Neymar 2010-cu ilin avqust ayında debüt etdiyi Braziliya millisinin heyətində 128 oyun keçirib, 79 qol vurub, 59 məhsuldar ötürmə verib. “Ney” “selesao” ilə FIFA Konfederasiyalar Kubokunu (2013) və Olimpiya Oyunlarını (2016) qazanıb.

Braziliyalı futbolçu karyerası ərzində İspaniyada “Barselona”nın, Fransada PSJ-nin, Səudiyyə Ərəbistanında “Əl-Hilal”ın da formasını geyinib.

“Transfermarkt” internet-portalı 34 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
38
39
arena.az

10Источники