RU

2 yaş yarımlıq uşaqdan SEVİNDİRİCİ XƏBƏR Huşsuz halda tapıldı

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Batman vilayətinin Gercüş rayonunun Bağlıca kəndində itkin düşən 2,5 yaşlı Melike E. 17 saat sonra tapılıb.

Sherg.az xəbər verir ki, hadisə dünən saat 15:00 radələrində baş verib. Çobanlıq edən atasının ardınca gedən azyaşlının itkin düşdüyü bir müddət sonra məlum olub. Ailə üzvlərinin öz imkanları ilə apardığı axtarışlar nəticə vermədikdə, vəziyyət 112 Təcili Çağrı Mərkəzinə bildirilib.

Hadisə yerinə jandarma, AFAD, tibb briqadaları, UMKE və Batman Axtarış-Xilasetmə qrupları cəlb olunub. Güclü yağış və küləyə baxmayaraq, axtarışlar gecə boyu davam etdirilib.

Axtarış əməliyyatı səhər saat 08:00 radələrində – 17 saat sonra nəticə verib. Melike kənddən təxminən 6 kilometr məsafədə huşsuz vəziyyətdə tapılıb.

Hipotermiya riski nəzərə alınaraq azyaşlı termal örtüyə bükülüb və jandarma əməkdaşları tərəfindən tibb işçilərinə təhvil verilib. Kənddə ilkin tibbi yardım göstərildikdən sonra Melike müayinə məqsədilə xəstəxanaya aparılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
60
sherg.az

1Источники