RU

Bulvardakı “Saatlı qüllə” bu gün “Qalatasaray” azarkeşlərini görməyəcək! – niyə?

Bildiyiniz kimi, Bakıda yaşayan “Qalatasaray” azarkeşləri aprelin 26-da “Fənərbaxça” üzərindəki qələbədən sonra Dənizkənarı Parkda atəşfəşanlıq etmiş, bu aksiya ilə ictimaiyyətin diqqətini çəkmişdi. Bu gün isə “Cim-Bom” tarixindəki 26-cı çempionluğu rəsmiləşdirə bilər. “Football-plus.az” xəbər verir ki, azərbaycanlı “Qalatasaray” sevərlər ənənəvi məkana – Bulvardakı “Saatlı qüllə”nin altına toplaşmayacaq. “UltrAslan Azərbaycan” Azad Azarkeş Qrupu bir qədər əvvəl sosial şəbəkə hesabına bununla bağlı məlumat paylaşıb: “Ardıcıl 4-cü, ümumilikdə 26-cı çempionluğa doğru irəlilədiyimiz günlərdə sizlərə bildirmək istəyirik ki, çempionluğumuzu həmişəkindən daha maraqlı və fərqli qeyd etmək üçün çalışırıq və sizlərə qarşıdakı günlərdə keçirəcəyimiz “26-cı çempionluq tədbiri” ilə bağlı məlumatı ən qısa zamanda verəcəyik. Enerjinizi və coşğunuzu təmkinli bir şəkildə bizə doğma olan may ayının irəlidəki günlərinə saxlamağınızı və bütün ölkəyə səs salacaq daha bir tədbirdə yanımızda olmağınızı gözləyirik”.

Избранный
56
1
football-plus.az

2Источники