RU

Bayrağa hörmətsizlik - cəza, yoxsa maarifləndirmə daha effektlidir?

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Sumqayıtda bir vətəndaşın Azərbaycan bayrağına qarşı etdiyi hörmətsizlik ciddi etirazlara səbəb olub.

Bayrağa hörmətsizlik edən şəxsə vətəndaşlar müdaxilə ediblər və hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Bu hadisə bir sual yaradır ki, cəmiyyət bu kimi hallara qarşı necə reaksiya verməlidir?

AzNews.az xəbər verir ki, mövzu ilə bağlı fəlsəfə doktoru, dosent Faiq Ələkbərli Crossmedia.az-a açıqlama verib:

“Dövlət atributlarımızla bağlı təbliğatı daha da gücləndirməliyik. Xüsusilə, orta məktəblərdə dövlət atributlarımız, o cümlədən bayrağımız haqqında daha dərin və sistemli biliklər verilməlidir. Eyni zamanda, bu istiqamətdə işlər kütləvi informasiya vasitələrində, mediada da kifayət qədər və davamlı şəkildə aparılmalıdır.

Избранный
51
aznews.az

1Источники