İngiltərənin “Mançester Yunayted” klubunda aprelin ən yaxşı oyunçusu açıqlanıb.
90deqiqe.Az xəbər verir ki, bu ada "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Kazemiro layiq görülüb. Braziliyalı futbolçu klubda keçirdiyi son mövsümdə fərqlənməyə davam edir.
O, ötən ay “qırmızı şeytanlar”ın 3 oyununda iştirak edib və 2 qol vurub. Kazemiro “Lids” və “Brentford” klublarının qapısına yol tapıb.
Xatırladaq ki, əvvəlki ayın ən yaxşı oyunçusu kapitan Bruno Fernandes olmuşdu.
Qeyd edək ki, 34 yaşlı futbolçu mövsümün sonunda azad agent kimi “Mançester Yunayted”dən ayrılacaq. Kazemiro bu qərarı artıq yanvar ayında açıqlayıb.
Komanda növbəti oyunu bazar günü keçirəcək və rəqib "Liverpul" olacaq.