RU

Fatimə efirdə göz yaşlarını saxlaya bilmədi – “Yaddaşını itirir...”

Rəqqasə Fatimə Fətəliyeva anasının səhhəti ilə bağlı duyğusal açıqlama verib.

Efirdə qonaq olan sənətçi bildirib ki, anası Səkinə xanım demensiya xəstəliyi ilə mübarizə aparır və hazırda həkim nəzarəti altındadır. Fatimə anasının vəziyyətinin onu hər gün daha çox narahat etdiyini gizlədə bilməyib.

Sənətçinin sözlərinə görə, xəstəlik səbəbindən anası zaman-zaman yaxınlarını tanımaqda çətinlik çəkir, bəzi məqamlarda isə ona qarşı incik fikirlər səsləndirir. Fatimə isə bunu eşitməyin onun üçün çox ağır olduğunu deyib.

Rəqqasə uşaqlıq illərini də xatırlayaraq atasını erkən yaşda itirdiyini, anasının böyük çətinliklə onları böyütdüyünü vurğulayıb. O qeyd edib ki, həyatının ən böyük məqsədlərindən biri anasına rahat və qayğısız ömür yaşatmaq olub.

“İstəyirəm ki, anam özünü tək hiss etməsin. Amma işimə görə hər an yanında qala bilmirəm. Buna görə vicdan əzabı yaşayıram” sözləri ilə kövrələn Fatimə göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, demensiya beyində yaddaş, düşünmə və gündəlik fəaliyyət qabiliyyətinin tədricən zəifləməsinə səbəb olan xəstəlikdir. Bu xəstəlik zamanı insan unutqanlıq yaşayır, yaxınlarını tanımaqda və danışmaqda çətinlik çəkə bilər. Ən çox yaşlı insanlarda rast gəlinir və zaman keçdikcə ağırlaşa bilir./Yeni Sabah

Избранный
3
3
musavat.com

4Источники