RU

Abbas Əraqçi: İran ordusu müharibəyə tam hazırdır

İran silahlı qüvvələri ölkəni istənilən təhdid və ya düşmənçilik hərəkətlərindən qətiyyətlə müdafiə etməyə tam hazırdır. 

Ölkə.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. 
Nazir əlavə edib ki, ABŞ məcburi yanaşmasını dəyişdirərsə, Tehran diplomatiyaya əl atmağa hazırdır. 

Əraqçi bildirib ki, Fars körfəzi bölgəsində və Hörmüz boğazında qeyri-sabitliyin əsas mənbəyi Amerika-İsrailin hərbi təcavüzüdür.

O vurğulayıb ki, öhdəliklərini dəfələrlə pozduğuna görə ABŞ-a qarşı tamamilə etimadsızlığına baxmayaraq,  İran tərəfi müharibəyə son qoymaq məqsədi ilə Pakistanın vasitəçiliyi ilə yeni danışıqlara gedib.

Əraqçi ABŞ-ın həddindən artıq tələblərindən, təhdid ritorikasından və təxribatçı hərəkətlərindən əl çəkəcəyi təqdirdə diplomatik prosesi davam etdirməyə hazır olduğunu bildirib. “Lakin İran Silahlı Qüvvələrinin tam ayıq-sayıq olduğunu,  ölkəni hər hansı bir təhdid və ya zərərli hərəkətdən hərtərəfli və qətiyyətlə müdafiə etməyə hazırdır”, - nazir qeyd edib. 

 Mürtəza

Избранный
36
olke.az

1Источники