Türkiyə Superliqasında elitada qalmaq uğrunda mübarizə aparan "Fatih Karagümrük" sabah həlledici matça çıxacaq.
QOL.az xəbər verir ki, İstanbul klubu "Gənclərbirliyi" ilə matçda qalib gəlməsə, Superliqa ilə vidalaşan ilk komanda olacaq.
Qeyd edək ki, 31 turda cəmi 21 xal toplayan "Karagümrük" sonuncu pillədə qərarlaşıb, rəqibi isə 28 xalla təhlükəli zonadan 1 pillə yuxarıda yer alır.
Xatırladaq ki, ilk dövrədəki oyunda "Gənclərbirliyi" 3:0 hesablı qələbə qazanmışdı.