RU

Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır"

"Çili Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafında maraqlıdır, bu, 2026-cı il üçün əsas məqsəddir".

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Çilinin Bakıdakı müvəqqəti işlər vəkili Xuan Karlos Salasar Alvares bildirib.

Onun sözlərinə görə, hazırda əsas vəzifə ölkələr arasında ikitərəfli ticarətin inkişafıdır:

"Hazırda biz ikitərəfli ticarəti yaxşılaşdırmağa çalışırıq - bu, cari il üçün əsas məqsədimizdir".

İqtisadi əməkdaşlığın ən perspektivli istiqamətlərindən bəhs edən diplomat bildirib ki, Çili Azərbaycan texnologiyaları və dərman vasitələri ilə maraqlanır, həmçinin öz məhsullarının Azərbaycana tədarükünü genişləndirməyə ümid edir.

"Biz şirkətlər üçün Azərbaycandan bəzi texnologiyalar, eləcə də dərman vasitələri alırıq. Öz növbəmizdə biz balıq məhsulları, xüsusən də qızılbalıq, həmçinin quru meyvələr, meyvələr və digər minerallar kimi məhsullarımızı daha fəal şəkildə təklif etmək istərdik", - Alvares əlavə edib.

Diplomat vurğulayıb ki, Çili və Azərbaycan arasında beynəlxalq platformalarda fəal əməkdaşlıq qurulub:

"Çoxtərəfli əməkdaşlıq sahəsində münasibətlər çox yaxşıdır. Biz BMT çərçivəsində, İnsan Hüquqları Şurasında, eləcə də müxtəlif iqtisadi platformalarda əməkdaşlıq edirik. Biz Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə də qarşılıqlı fəaliyyət göstərmişdik, COP29 çərçivəsində də fəal siyasi əməkdaşlıq mövcud idi".

O qeyd edib ki, Azərbaycanın Qarabağ regionu əhəmiyyətli potensiala malikdir:

"Bu, mənim Qarabağa ilk səfərimdir. Azərbaycanın gələcəyə necə baxdığını və uzun müddət münaqişə vəziyyətində olmuş, indi isə dinc şəraitdə yaşayan bu regionu necə bərpa etdiyini görmək imkanım olduğu üçün çox şadam. Azərbaycan hökumətinin məhz nələr etməyi planlaşdırdığını görmək çox maraqlıdır".

Onun sözlərinə görə, region inkişaf üçün əhəmiyyətli potensiala malikdir:

"Mən çox istəyirəm ki, bu region ölkə üçün perspektivli inkişaf ərazisinə çevrilsin".

Избранный
27
3
far.az

10Источники