RU

Hərbçilərimiz “EFES-2026” təlimində yüksək peşəkarlıq nümayiş etdirir - FOTO/VİDEO



Türkiyə Respublikasında Azərbaycan Ordusunun hərbi qulluqçularının da iştirakı ilə keçirilən “EFES - 2026” çoxmillətli təlimin hazırlıq məşqləri uğurla davam edir.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, təlimin planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər.

Müasir döyüş aparma üsullarına uyğun olaraq, təlim qrupları yaşayış məntəqələrində şərti düşmənin hücum və təxribatlarının qarşısının alınması, obyektlərin mühafizəsi, yaralı hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilərək təxliyə olunması, eləcə də tunel, bunker və mağaralarda döyüşün aparılması üzrə tapşırıqları yerinə yetirirlər.
Təlimdə şərti düşmənin ağır texnikasının və canlı qüvvəsinin məhv edilməsi məqsədilə top və minaatanlardan, eləcə də pilotsuz uçuş aparatlarından istifadə edilir.

Hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların icrası zamanı yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirirlər.

ZÜMRÜD

Избранный
20
12
baki-xeber.com

10Источники