RU

Arda "Real"da ayın oyunçusu seçildi

Türkiyə millisinin ulduzu Arda Güler çıxış etdiyi "Real Madrid" klubunda aprel ayının ən yaxşı futbolçusu seçilib.

"Cebheinfo.az" xəbər verir ki, gənc yarımmüdafiəçi bu mükafata gedən yolda Vinicius Junior, Federico Valverde, Antonio Rüdiger və Jude Bellingham kimi dünya ulduzlarını geridə qoyub.

Aprel ayında göstərdiyi performansla diqqət çəkən Arda Güler 2 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Xüsusilə Bayern Munich ilə oyunlarda vurduğu qollar böyük rezonans doğurub.

Mövsüm üzrə statistikasına gəlincə, 50 oyunda meydana çıxan futbolçu 6 qol və 14 assistlə komandasına ümumilikdə 20 qolluq töhfə verib.

"Cebheinfo.az"

Избранный
9
2
cebheinfo.az

3Источники