RU

Ehtiram Quliyev bunların canına necə qorxu salıb?

Rəşad Sadıqov yaxşı bilirdi ki, Tovuza budəfəki səfərində onu və komandasını nə gözləyir.

«Turan» rəhbərliyi tərəfindən öyrədilmiş bir qrup şəxsin tribuna prvakasiyasına hazır idi.

Pis şeylər ola bilərdi, bu üzdən 90 dəqiqə ərzində təmkinini qorudu.

Hakim olar, bir ciddi səhv edər, Sadıqov ona səssiz qalar? Dünyasında mümkün deyil bu. Amma o, bu dəfə dodaqlarını bir-birinə sıxaraq, Rəvan Həmzəzadənin «hoqqalar»ına səsini çıxarmadı.

Kubokun yarımfinal mərhələsində «Qarabağ»ın vayına oturmuş baş hakim Tovuzda «Zirə» ilə təkbaşına «vuruşdu».

Eren Aydının epizodunda ev sahiblərinin qapısına penalti təyin edilməli, türkiyəli hücumçunu arxadan əliylə itələyən müdafiəçiyə sarı vərəqə göstərilməli idi.

Rəvan VAR otağında əyləşənlərlə birləşib, yalandan üzə dayandı ki, burada nə kobudluq var, nə başqa bir qayda pozuntusu.

Epizod «Zirə»nin cərimə meydançası daxilində qeydə alınsaydı, yüz faiz fərqli qərar çıxarardılar.

Ehtiram Quliyev yenə mediaya hər nə gəldi danışmaması üçün. Əlində təsbehlə fırlanan sədrin qarşısında özlərini necəsə borclu hiss edir hakimlər…

Verilməyən penalti, ardınca Qismət Alıyevin sayılmayan qolu - bunlar «Zirə»lilərə anlatdı ki, Tovuza gəliş var, çıxış isə yoxdur, uzaqbaşı, 1 xalla geri qayıda bilərlər.

Qismətdən bərabərlik qolunu da Davit Volkov vurdu.

MUSA

Избранный
29
sportinfo.az

1Источники