RU

Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq

Yaxın Şərqdə artan geosiyasi gərginlik və enerji bazarlarında baş verən dalğalanmalar Azərbaycanın daxili bazarına da təsirsiz ötüşmür.

Xüsusilə idxaldan asılı olan ərzaq məhsulları, yanacaq və logistika sahəsində qiymət artımı ilə bağlı narahatlıqlar güclənib. Süd məhsulları, taxıl və gündəlik tələbat mallarının yaxın aylarda bahalaşa biləcəyi iddia olunur.

Bəs Azərbaycanda süd və digər ərzaq məhsullarının qiyməti yüksələcəkmi? 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, süd və digər ərzaq məhsullarının bahalaşacağı gözlənilir:

"Süd məhsullarının bahalaşmasının əsas səbəblərindən biri Azərbaycanın bazarında İran mənşəli süd məhsullarının geniş yer tutmasıdır. Yəni Azərbaycan süd məhsullarının müəyyən hissəsini İrandan idxal edir. Bu isə birbaşa olaraq İrandan gələn süd məhsullarının qiymət artımına təsir göstərir". 

O qeyd edib ki, yaxın dövrdə ümumilikdə bütün məhsullar üzrə bahalaşma qaçılmazdır: 

"Bundan başqa, ümumilikdə bütün məhsulların bahalaşacağı gözlənilir. Taxıl və buğda üzrə də artım müşahidə olunur. İlk rübdə idxal qiymətlərində 2,8 faiz bahalaşma qeydə alınıb.

Lakin taxıl və buğda əsasən cənub istiqamətindən deyil, dəmir yolu xətləri vasitəsilə Qazaxıstan və Rusiyadan ölkəyə gətirilir. Oradakı qiymət artımı isə digər amillərlə bağlıdır.

Ümumilikdə ölkədə dizel yanacağı və benzinin qiymətinin artırılması daxili logistika xərclərini yüksəldib. Bununla yanaşı, ölkədaxili istehsal xərcləri də artıb. 

Buna görə də qiymət artımı qaçılmaz görünür". 

İqtisadçı vurğulayıb ki, digər məhsulların istehsal və daşınma xərclərinin artması da ümumi bahalaşmanı sürətləndirəcək:

"İran məsələsinə gəldikdə, bu proses enerji daşıyıcılarının qiymətinin daha da yüksəlməsinə səbəb ola bilər. Nəticədə dünyadan idxal olunan məhsullar bahalaşacaq.

İlk növbədə neft məhsulları daha sürətlə bahalaşacaq, çünki onların əsas xammalı neftdir. Digər məhsulların istehsalında və daşınmasında da xərclər artacaq. Eyni zamanda, İrandan gətirilən məhsulların da bahalaşacağı gözlənilir, çünki orada risklər artıb".

Избранный
12
1
cebheinfo.az

2Источники