RU

“TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb

“TurAz

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Mayın 2-də Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb.Müdafiə Nazirliyindən Ulusum.az-a verilən məlumata görə, təlimin başa çatması münasibətilə iştirakçılara brifinq təqdim olunub.Bildirilib ki, təlim müddətində hər iki qardaş ölkənin hərbi pilotları birgə uçuşlar həyata keçirib, verilən tapşırıqları peşəkarlıqla yerinə yetiriblər.Təlimdə ssenariyə uyğun olaraq, müvafiq uçuşların planlaşdırılması, Hava Hücumundan Müdafiə (HHM) vasitələrinin və digər hədəflərin yerlərinin aşkar olunması, məlumatların Birləşmiş Hava Əməliyyat Mərkəzinə ötürülməsi və onların məhv edilməsi, eləcə də digər fəaliyyətlər müvəffəqiyyətlə icra olunub.Həmçinin heyətin fərqli şəraitlərdə uçuş bacarıqlarının artırılması, yeni texnika və silah sistemləri ilə tanışlıq məqsədilə mübadilə uçuşları, aviasiya vasitələrindən tətbiq olunan radioelektron mübarizə şəraitində HHM vasitələrinin fəaliyyətinin qiymətləndirilməsi tapşırıqları da yerinə yetirilib.Hərbi pilotların fəaliyyətləri təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb.Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Diqqət Çəkənlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Xəzərdə zəlzələ olub

Diplomatik korpusun nümayəndələri Laçında

Избранный
7
19
ulusum.az

10Источники