Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Suriyanın paytaxtı Dəməşqin Seyyidə Zeynəb rayonunda maşına qumbaraatanla hücumu nəticəsində Seyyidə Zeynəb məqbərəsinin təbliğçisi, şiə din xadimi Fərhan Həsən əl-Mənsuri həyatını itirib.
Ölkə.az xəbər verir ki, hücumdan sonra əraziyə daxili təhlükəsizlik qüvvələri gəlib və hadisə ilə bağlı araşdırmaya başlayıb.
Səyyidə Zeynəb bölgəsinə qumbara atan hücumçunun şəxsiyyətini müəyyən etmək üçün araşdırma başlanılıb. Seyyidə Zeynəbin hərəmi Dəməşqin cənubunda yerləşən, Həzrəti Əli və Həzrəti Fatimənin qızı, Həzrəti Mühəmməd peyğəmbərin nəvəsi Seyyidə Zeynəbə həsr olunmuş şiə dini mərkəzidir.

Mürtəza
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.