RU

Ürəyi dayanan 30 yaşlı aktyorun son vəziyyəti açıqlandı

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Aprelin 28-də ürəyi dayanan və reanimasiyaya yerləşdirilən 30 yaşlı aktyor Oktay Çubukdan xəbər var.

BAKU.WS-in məlumatına görə, onun səhhətində irəliləyiş olduğundan normal otağa köçürülüb.

Həkimlərin nəzarəti altında müalicəsi davam etdirilən Çubukun vəziyyətinin stabil olduğu bildirilir.

Xatırladaq ki, Oktay Çubuk bir neçə gün əvvəl həyati təhlükə ilə üz-üzə qalmışdı.

Anasının işi ilə əlaqədar Lissabona gedən 30 yaşlı aktyor qaldığı otelin idman zalında qaçış trenajorunda məşq edərkən qəfil halı pisləşib və ürəyi dayanıb.

Hadisə yerində göstərilən ilkin tibbi yardım nəticəsində aktyorun ürək fəaliyyəti bərpa olunub və o, dərhal reanimasiyaya yerləşdirilib.

O son olaraq "Sürgünlər" serialının ikinci mövsümünün çəkilişlərində iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
43
baku.ws

1Источники