RU

Xatun niyə bu qədər çəki itirir? - ÖZÜ AÇIQLADI

Müğənni Xatun Əliyeva son vaxtlar xeyli çəki itirdiyini və bunun səhhətinə təsir etdiyini bildirib.

O, “Qonaqcanlı” verilişində gündəlik qidalanmasının xeyli azaldığını, yalnız bir dəfə yemək yediyini deyib. Sənətçi hər gün dəniz kənarında təxminən bir saatlıq gəzintiyə çıxdığını və bunun onun üçün vacib vərdişə çevrildiyini vurğulayıb.

Xatun əlavə edib ki, artıq aşağı kalorili qidalara öyrəşib və çox az porsiyalarla kifayətlənir. O, bu günlərdə qan təzyiqinin düşdüyünü qeyd etsə də, vəziyyətin nəzarət altında olduğunu bildirib və vitamin qəbul etdiyini söyləyib.

Qeyd edək ki, ifaçı daha əvvəl də açıqlamalarında uzun müddət ac qalaraq 20 kiloqramdan çox çəki itirdiyini bildirmişdi.  (Yeni Sabah)

Избранный
4
3
musavat.com

4Источники