RU

Yəmən sahillərində neft tankeri ələ keçirildi

Naməlum silahlı şəxslər Yəmən sahillərində Toqo bayrağı altında üzən "M/T EUREKA" neft tankerini ələ keçiriblər.

Publika.az xəbər verir ki, Bu barədə "RİA Novosti" agentliyi Yəmən sahil mühafizə xidmətinə istinadən məlumat yayıb.

Qurumun məlumatına görə, cinayətkarlar ölkənin cənub-şərqindəki Şabva şəhəri yaxınlığında gəmiyə daxil olublar və gəmi ilə birlikdə Somali sahillərinə, Ədən körfəzinə doğru istiqamət alıblar.

Bundan əvvəl piratlar Fars körfəzindən Somaliyə gedən "Honour 25" tankerini ələ keçiriblər. Hadisə Somali sahillərindən təxminən 50 kilometr aralıda, Berbera və Moqadişu şəhərləri arasında baş verib.

Избранный
25
2
publika.az

3Источники