RU

Livan Səhiyyə Nazirliyi: Martın əvvəlindən İsrailin hücumları nəticəsində 2,6 mindən çox insan həlak olub

Aprelin 17-də tətbiq edilən atəşkəs rejiminə baxmayaraq, son sutka ərzində azı 41 nəfər İsrail ordusunun Livanın cənub ərazilərinə endirdiyi zərbələrin qurbanı olub.

Aznews.az xəbər verir ki, bu barədə məlumatı Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində paylaşıb.

Məlumata görə, sutka ərzində 89 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

"Martın 2-də hərbi eskalasiya başlayandan bəri həlak olan dinc sakinlərin ümumi sayı 2 659 nəfər təşkil edib, yaralıların sayı isə 8 183-ə çatıb", - qurumdan bildirilib.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün endirilən zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

"Hizbullah" İsraili raket və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İran tərəfindən müharibəyə qoşulduqdan sonra İsrail Müdafiə Qüvvələri Livanın cənubuna və radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Beyrutun cənub ətraflarına zərbələr endirib. İsrail həmçinin Livanın cənubunda quru əməliyyatını genişləndirib.

Избранный
48
50
aznews.az

10Источники