Turkstan.az saytına istinadən ain.az xəbər verir.
ABŞ–İsrailin İrana qarşı hücumları ilə başlayan münaqişədən sonra Fransanın Yaxın Şərqdə həyata keçirdiyi əməliyyatların dəyərinin son iki ayda ən azı 1 milyard avroya çatdığı bildirilir.
Turkustan.az xəbər verir ki, Paris rəsmiləri bu münaqişədə birbaşa iştirak etmədiklərini bəyan etsələr də, bölgədə müxtəlif hərbi fəaliyyətlər həyata keçiriblər.
Fransanın ictimai yayımçısı Franceinfo-nun hökumət mənbələrinə istinadən yaydığı məlumata görə, qeyd olunan məbləğə “Rafale” qırıcılarının patrul uçuşları, dəniz missiyaları, həmçinin sursat və yanacaq xərcləri daxildir. Mənbələr Fransa qüvvələrinin bölgədə kifayət qədər aktiv olduğunu da vurğulayır.
Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyi ölkənin İrana qarşı əməliyyatlarının ümumi dəyərini 25 milyard dollar olaraq qiymətləndirir.
İranın xarici işlər naziri Abbas Əraqçi isə bu rəqəmlə razılaşmayaraq bildirib ki, müharibə ABŞ-a ümumilikdə 100 milyard dollara başa gəlib və rəsmi açıqlamalar reallığı tam əks etdirmir.
Aytən Yaşar/ Turkustan.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.