RU

İsrailin hücumları Livanda daha 41 nəfərin ölümünə səbəb olub

Aprelin 17-də tətbiq edilən atəşkəs rejiminə baxmayaraq, son sutka ərzində azı 41 nəfər İsrail ordusunun Livanın cənub ərazilərinə endirdiyi zərbələrin qurbanı olub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində paylaşıb.

Məlumata görə, sutka ərzində 89 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

"Martın 2-də hərbi eskalasiya başlayandan bəri həlak olan dinc sakinlərin ümumi sayı 2 659 nəfər təşkil edib, yaralıların sayı isə 8 183-ə çatıb", - qurumdan bildirilib.

Bizim.Media

Избранный
24
bizim.media

1Источники