RU

Festivalı xalçaları yerə salmadan da keçirmək olardı Kərim Kərimli

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Xalqmızın qədim irsi ayaqlar altına atılmamalıdır" 

İçərişəhərdə Beynəlxalq Xalça Festivalı keçirilir. Çox gözəl. Əla. Xalça xalqımızın qədim, əsrlərə dayanan maddi-mədəni irsi, dəyəri ölçüyəgəlməz milli sərvəti, sivilizasiyamızın ən üstün örnəklərindən biridir. Amma bu gün niyə yerə atılıb? Niyə yerdə süründürülür. Festivala gələnlər, seyr edənlər xalçaların üzəri ilə o baş bu başa addımlayrlar, təbii ki çəkmələri, ayaqqabıları ilə. Buna nə ad verək? 

Yazıçı-publisist, ictimai xadim Kərim Kərimli “Sherg.az”a açıqlamasında festivaldan görüntülərin onda həm müsbət, həm də mənfi hisslər doğurduğunu bildirdi: 

- İzlədim festival barədə məlumatları, videolara baxdım. Xalçaların yerə salınması isə mənə çox mənfi təsir etdi. Festival keçirilirsə mütləq xalçaları, gəbələri yerə sərməlidirlərmi? Divarlardan asmaq olmazdımı, yaxud müvəqqəti, süni asılqanlar düzəltmək olmazdımı? Yerə sərmək mütləq idisə, insanlara izah etmək olmazdımı ki üzəri ilə addımlamasınlar? Amma bu, mümkün görünmür. Xeyli ziyarətçi gəlir festivala, xeyli iştirakçı var. Kimə deyəsən ki burdan keçmə, ordan keç. Xalçalar yerə salınmamalıydı. Yəqin o xalçaları, gəbələri, palazları hardansa gətiriblər, bəlkə də muzey eksponatlarıdır, gətiriblər. Şəxsi kolleksiyalardan ola bilər. Amma geri qaytaranda gərək yuyulsun dezinfeksiya edilsinlər, sonra yerinə qaytarılsın. Bu, nəyə lazım idi. Festivalı xalçaları yerə salmadan da keçirmək olar. Xalçaları evdə döşəməyə salırıq. Ancaq evdə ayaqqabı ilə gəzmirlər, məscidlərdə də var xalılar, orda da içəri keçəndə ayaqqabıları çıxarır hamı. Mənim “əyalət” düşüncəmə görə, bu, qədim xalçaçılıq mədəniyyətimizin ayaq altına salınmasıdır. Sanki küçələrdən keçənlər bilə-bilə tapdalayırlar. Bu nəyə lazım idi? Məgər dünyanın müxtəlif yerlərində eyni tipli festivallar keçirərkən eksponatların üzərindən kirli, tozlu ayaqqabı ilə keçib gedirlər? 

Nə üçün bunu ediblər, anlamıram. Heç də yaxşı hal deyil. Xalçalar, gəbələr, kilimlər ana-bacılarımızın, xalçaçı kişilərin əlləriylə toxunmuş, əllərindən çıxmış, əllərinin zəhmətinin bəhrəsidirsə, üzərindən ayaqqabı ilə keçmək nədir?! Festival təşkilatçıları bəlkə gəncdirlər, bilmirlər, xalçanın qədimliyini, tarixini, məişətimizdə, Azərbaycan xalqının formalaşmasında, mədəniyyətində yerini, əhəmiytətini, hansı dəyərə malik olduğunu. Biri onlara başa salsın. Xalçaçılığa biznes kimi baxırlar. Amma təkcə biznes kimi baxmasınlar. Mədəniytətrimizin zəngin və dəyərli bir parçası kimi də baxsınlar. Xalqmızın qədim irsi ayaqlar altına atılmamalıdır. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
47
sherg.az

1Источники