İrandan olan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi səhhətinin qəfil pisləşməsi səbəbilə xəstəxanaya aparılıb.
Məlumata görə, hüquq müdafiəçisi hazırda Zəncan həbsxanasında cəza çəkdiyi müddətdə tibbi yardıma ehtiyac duyub.
Musavat.com xəbər verir ki, bu barədə The Narges Mohammadi Foundation məlumat yayıb.
Fondun açıqlamasında bildirilib ki, Məhəmmədinin vəziyyətinin ağırlaşması səbəbilə onun dərhal xəstəxanaya çatdırılması zəruri olub. Onun hazırkı vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Musavat.com