Rusiyada Avropadan miqrasiya ilə bağlı diqqətçəkən açıqlama verilib.
aia.az xəbər verir ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin Avropa ölkələrindən Rusiyaya köçmək istəyənlərin sayının artdığını iddia edib.
O, öz Telegram kanalında yazıb ki, 2025-ci ilin oktyabr ayının sonuna qədər müvəqqəti yaşamaq icazəsi üçün 2275 müraciət daxil olmuşdusa, hazırda bu rəqəm təxminən 3400-ə çatıb.
Volodinin sözlərinə görə, bu tendensiyanın səbəbi Avropada “neoliberal ideoloji yanaşmaların zorla tətbiq olunmasıdır”:
“Onlar bu yanaşmalardan qaçırlar”.
O həmçinin bildirib ki, Rusiyaya köçmək istəyənlərin ən çoxu Almaniyadandır və iddia edib ki, “yerli sorğulara görə, Almaniya əhalisinin hər beş nəfərindən biri ölkəni tərk etmək əhval-ruhiyyəsindədir”.
Qeyd edək ki, Vladimir Putin 2024-cü ildə imzaladığı fərmanla “ənənəvi rus mənəvi dəyərlərini” dəstəkləyən və öz ölkələrində “destruktiv ideoloji təsirlərlə” üzləşdiyini bildirən xarici vətəndaşlar üçün Rusiyaya köçü sadələşdirib. Bu prosedura əsasən, müraciət edənlərdən rus dili, tarix və qanunvericilik üzrə biliklərin təsdiqi tələb olunmur. Lakin bu “dəyərlərə sadiqliyin” necə yoxlanılacağı sənəddə dəqiqləşdirilməyib.musavat.com