RU

Premyer Liqa: "İmişli" "Araz-Naxçıvan"ı məğlıb etdi

Misli Premyer Liqasında 30-cu turun daha bir oyunu keçirilib.

Moderator.az xəbər verir ki, günün ikinci matçında "Araz-Naxçıvan" "İmişli" ilə üz-üzə gəlib.

Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutan qarşılaşma "İmişli"nin qələbəsi ilə yekunlaşıb - 1:0. Görüşdə yeganə qolu 18-ci dəqiqədə Dioqo Kardozu vurub.

Qələbə sayəsində xallarının sayını 32-yə çatdıran qonaqlar doqquzuncu pillədə qərarlaşıblar. Naxçıvan klubu 40 xalla altıncı yerdədir.

Misli Premyer Liqasında 30-cu tura start verilib.

Moderator.az xəbər verir ki, turun ilk qarşılaşmasında "Sumqayıt" səfərdə "Kəpəz"lə üz-üzə gəlib.

Yevlax şəhər stadionundakı keçirilən görüş Gəncə təmsilçisinin qələbəsi ilə bitib - 2:1.

"Kəpəz"in heyətində Rauf Hüseynli 86 və 89-cu dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. Komandanın qapıçısı Yusif İmanov 64-cü dəqiqədə avtoqol müəllifi olub.

Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Kəpəz" 10-cu pillədə qərarlaşıb. "Sumqayıt" 38 xalla 7-ci sıradadır.

Günün ikinci matçında "Araz-Naxçıvan" və "İmişli" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.

Misli Premyer Liqasında XXX tura start verilir.

Moderator.az xəbər verir ki, ilk oyun günü iki qarşılaşma keçiriləcək.

Günün ilk oyununda "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq görüşün start fiti 16:00-da səslənəcək. Matçın baş hakimi Əli Əliyev olacaq.

"Sumqayıt" 38 xalla yeddinci, "Kəpəz" 21 xalla onuncudur.

Günə isə "Araz-Naxçıvan" - "İmişli" matçı ilə yekun vurulacaq. Görüş Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq və 18:30-da start götürəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" 40 xalla altıncı, "İmişli" isə 29 xalla doqquzuncudur.

Избранный
26
8
moderator.az

9Источники