RU

Consondan ŞOK ÇAĞIRIŞ: “Bundan əl çəkin!” KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Avropa hökumətlərinə müraciət edərək, onları doğum səviyyəsinin artırılmasını hədəfləyən stimullaşdırıcı proqramlardan “uzaq durmağa” səsləyib. Consonun fikrincə, süni intellektin əmək bazarını gücləndirəcəyi və optimallaşdıracağı təqdirdə, əhali sayının davamlı olaraq artırılmasına artıq ehtiyac qalmır.

KONKRET.az xəbər verir ki, sabiq baş nazir “Daily Mail” qəzeti üçün yazdığı məqaləsində doğum səviyyəsinin aşağı düşməsini “dünyanın ən xoş xəbəri” adlandırıb. O hesab edir ki, texnoloji tərəqqi işçi qüvvəsinə olan tələbatı tənzimləyəcəyi üçün demoqrafik artım artıq iqtisadi zərurət deyil.

Məlumat üçün qeyd edək ki, Consonun bu bəyanatı maraqlı bir faktla ziddiyyət təşkil edir: onun özünün 9 övladı var. Sabiq siyasətçinin bu yanaşması Avropada demoqrafik böhranın müzakirə olunduğu bir vaxtda geniş polemika yaradıb.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
1
konkret.az

2Источники