Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Şəkidə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimlikləri məlum olub.
Lent.az xəbər verir ki, qəza nəticəsində “Daewoo” markalı avtomobilin sürücüsü, Laçın rayon sakini, 55 yaşlı Şamxal Əhmədov və “Hyundai” markalı avtomobildə olan sərnişin, 33 yaşlı Nərgiz Əbdülova müxtəlif dərəcəli xəsarətlər alıb.***
20:15
Şəkidə hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında Şəki şəhəri ərazisində baş verib.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.Hazırda onlara ilkin tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.Vüqar Heydərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.