RU

“Vəfatından sonra gördüm ki, tarının simi qırılıb”

“Bizim üçün kədərlidir. Çünki atam aramızda yoxdur. İlk dəfədir ki, onun doğum gününü Ramiz müəllimin fiziki iştirakı olmadan qeyd edirik. Xüsusilə mənim üçün çox təsirli və ağırdır. Ancaq hesab edirəm ki, onun ruhu buradadır, bizimlədir”.
 
Moderator.az xəbər verir ki, bu sözləri “Xəzər axşamı” verilişində anım günü qeyd olunan mərhum Xalq artisti, tarzən Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev deyib.
 
O, atasının vəfatından sonra yaşadığı təsirli xatirəni də bölüşüb:
 
“Vəfat edəndən bir neçə gün sonra tarın futlyarını açanda gördüm ki, alətin simi qırılıb. Bu, mənə çox təsir edən bir məqam oldu. Sağlığında olsaydı, mütləq özü alətinin simini düzəldib kökləyərdi”. (Axşam.az)
Избранный
10
50
moderator.az

10Источники