RU

Trampdan blokada ilə bağlı açıqlama: “Bir növ pirat kimiyik, amma bu oyun deyil”

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ətrafında tətbiq olunan dəniz blokadası ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, o bildirib: “Bir mənada biz piratlar kimiyik, amma bu, oyun deyil.”

Tramp Floridanın Palm Biç şəhərində keçirilən tədbirdə çıxışı zamanı ABŞ-ın İrana qarşı həyata keçirdiyi tədbirlərə toxunub. Onun sözlərinə görə, ABŞ qüvvələri İran gəmilərinə xəbərdarlıq edərək geri dönmələrini tələb edir.

Prezident deyib: “Okeanda səsgücləndiricilərlə bildiririk ki, silahlarımız tuşlanıb və geri qayıtsınlar. Onlar da bunu qəbul edərək geri dönürlər.”

Tramp 19 apreldə ABŞ Hərbi Dəniz Qüvvələrinin İranın “Tuska” yük gəmisini ələ keçirməsi ilə bağlı da danışıb: “Biz gəmini də, yükü də, nefti də ələ keçirdik. Bu, çox gəlirli idi. Kim düşünərdi ki, biz belə edəcəyik? Bir növ piratlar kimiyik, amma ciddi şəkildə.”

O, həmçinin İranın uzun illər regionda zorakılıq siyasəti apardığını iddia edərək əlavə edib: “Hazırda onların nə radarı, nə də aydın liderliyi var. Kiminlə danışacağımız belə bəlli deyil. Bu, heç kimin rəhbərlik etmək istəmədiyi bir ölkədir".

Aytən Yaşar/ Turkusan.az

Избранный
28
1
turkustan.az

2Источники