Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında Bakıda, Dənizkənarı Bulvar ərazisində yelkən idmanı üzrə “Prezident Kuboku 2026” turniri keçirilir. Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan reqatada idmançılar iki kateqoriyada  - yeniyetmələr Optimist, gənclər isə İLCA4 sinfi üzrə mübarizə aparırlar. 


Qeyd edək ki, yelkən idmanı üzrə "Prezident Kuboku 2026" mayın 3-də yekunlaşacaq. Turnirin ikinci günündə də idmançılar eyni məkanda - Bakı bulvarında, “Yaxt Klub”un yaxınlığında yarışacaqlar. Qaliblər iki günün nəticəsinə əsasən idmançıların xal hesabına görə müəyyənləşəcək.