RU

"Kəpəz" "Sumqayıt"a, "İmişli" "Araz-Naxçıvan"a qalib gəldi

Bu gün Misli Premyer Liqasında 30-cu tura start verilib. SİA xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb. Əvvəlcə “Kəpəz” Yevlaxda “Sumqayıt”ı qəbul edib. Qarşılaşma "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda Gəncə klubu 24 xalla turnir cədvəlində 10-cu, “gənclik şəhəri”nin təmsilçisi isə 38 xalla 7-ci pillədə qərarlaşıb. Cari mövsüm bu komandaların hər iki oyunu 3:0 hesabı ilə yekunlaşıb. İlk dövrədə “Sumqayıt”, ikinci dövrədə isə "Kəpəz" qələbə qazanıb.

Günün digər qarşılaşmasında isə Sumqayıtda “Araz-Naxçıvan” “İmişli”ni sınağa çəkib. Matç İmişli təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandaların ilk dövrədəki oyununda Naxçıvan klubu 2:0 hesablı qələbə qazanıb. İkinci dövrədə isə tərəflər meydandan 1 xalla ayrılıblar - 2:2.

Mətləb

Избранный
77
13
sia.az

10Источники