İran ABŞ-ın tətbiq etdiyi dəniz blokadası fonunda neft anbarlarının dolmasının qarşısını almaq üçün hasilatı azaltmağa başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.
Məlumata görə, Tehran anbarlar tam dolmadan əvvəl bu addımı atıb.
“ABŞ-nin Hörmüz boğazını blokadaya alması İran neft ticarətinə təzyiq göstərdiyindən, ölkənin ixracı son həftələrdə azalıb və anbarlar sürətlə dolur”, - İranın yüksək vəzifəli rəsmisni bildirib.
Qeyd olunur ki, iranlı mühəndislər quyuları zərər görmədən müvəqqəti bağlamaq və sonradan hasilatı bərpa etmək imkanına malikdir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта