“Bəzi sənət adamları düşünür ki, şou-biznesdə olmaq yaxşı deyil. Başa düşmürəm, niyə? Biz səhnəyə çıxırıq, bacardığımız şounu göstərir, mahnı oxuyur, klip çəkirik. Kiminsə əhvalı yaxşı da ola bilər, pis də. Amma şou davam edir. Bu, gözəl bir addımdır, əgər bacarırsansa”.
Bu sözləri müğənni Lətifə “Gün ortası” proqramında deyib.
Sənətçi son günlər müzakirə olunan “Mən şou adamı deyiləm” fikirlərinə münasibət bildirib:
“Əgər sən şou yaratmağı bacarmırsansa, bu dünyada deyilsən. Bəzi adamlar şou dünyasında olmadığını desə də, proqramlara çıxırlar. Operaya gedirik, orada da səhnə qurulur, dekor hazırlanır. Dünya ulduzları da səhnədə şou göstərir. Maykl Cekson, Uitney Hyuston şou göstərirdi. Nə xoş bizə ki, belə sənətkarların olduğu şou aləmində adımız çəkilir. Şou-biznesdə təhqiredici heç nə yoxdur”.
Qeyd edək ki, Əməkdar artistlər Elnarə Abdullayeva və Könül Kərimova şou-biznesdə olmadığını deyərək, müzakirələrə səbəb olub. (Axşam.az)