RU

Superliqa: “Fənərbağça”dan ev qələbəsi, “Qalatasaray” böyük hesabla uduzub

Bakı, 2 may, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasında XXXII turun daha 3 oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı “Qalatasaray” səfərdə “Samsunspor”a 1:4 hesabı ilə uduzub.

Liderin əsas izləyicisi “Fənərbağça” isə turu qələbə ilə başa vurub. İstanbul klubu doğma meydanda “Başakşəhər”ə qalib gəlib - 3:1. Ev sahibi komandanın heyətində hər üç qolu Anderson Talişka vurub.

Digər matçda isə “Trabzonspor” evdə “Göztəpə” ilə 1:1 hesablı heç-heçə edib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 74 xalla “Qalatasaray” başçılıq edir. “Fənərbağça” 70 xalla 2-ci, “Trabzonspor” isə 66 xalla 3-cüdür.

 

Избранный
46
6
azertag.az

8Источники