RU

İngiltərə Premyer Liqası: "Arsenal" "Fulhem" üzərində rahat qələbə qazandı - VİDEO

İngiltərə Premyer Liqasının 35-ci turunda "Arsenal" "Fulhem" üzərində 3:0 hesablı qələbə qazanıb.

"Cebheinfo.az" xəbər verir ki, qarşılaşma Londondakı "Emirates" stadionunda keçirilib.

Hesabı 9-cu dəqiqədə Viktor Qyökereş açıb. 40-cı dəqiqədə Bukayo Saka fərqi artırıb. İlk hissənin əlavə vaxtında isə Qyökereş ikinci qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib - 3:0.

Bu qələbədən sonra "Arsenal" 76 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb və "Mançester Siti" ilə fərqi 6 xala çatdırıb (mançesterlilərin ehtiyatda iki oyunu var). "Fulhem" isə 48 xalla 10-cu pillədədir.

https://t.me/oxuaze/181367?single

"Cebheinfo.az"

Избранный
24
1
cebheinfo.az

2Источники