RU

“Premyer Liqada qalmağımızı 99 faiz təmin etmişik” – Jorje Kaşkilya

“Oyunçularımı və bütün komandamı təbrik etmək istəyirəm. Bu günki qalibiyyətlə Premyer Liqada qalmağımızı 99 faiz təmin etmişik. Bir komanda üçün 1-ci Liqadan gəlib bu qədər xal yığmaq asan deyil. Azarkeşlərimizə də minnətdarlığımızı bildiririk. Qalibiyyətimiz ədalətli idi”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 30-cu turunun “Araz-Naxçıvan”la matçdan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb. 

– Premyer Liqada qalmağınızı möcüzə olmazsa, təmin etmisiniz. Bundan sonrakı matçlarda futbolçularınızı oyuna kökləməkdə çətinlik çəkəcəyinizi düşünürsünüzmü?

– Oyunçularımızı motivasiya etmək daha asan olacaq. Sabah “Qəbələ”nin keçirəcəyi oyunun nəticəsindən asılı olaraq Premyer Liqada qalmağımızı tam təmin etdikdən sonra gözəl futbol oynamağa, futboldan həzz almağa çıxacaqlar. 

– Matçda zədələnən Dioqo Rollonun son vəziyyəti…

– Hazırda nəsə demək düzgün olmaz. Müəyyən müayinələrdən sonra zədəsinin hansı səviyyədə olduğunu biləcəyik.

Избранный
2
3
idmanxeber.az

5Источники