RU

“Bayer" “Leyptsiq”i darmadağın etdi

Almaniya çempionatının 32-ci turunda “Bayer Leverkuzen” komandası ilə “Leyptsiq” arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Leverkuzendə yerləşən “BayArena”da oynanılan görüş “əczaçılar”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanı Tobias Velts idarə edib.

Hesab 25-ci dəqiqədə Patrik Şik tərəfindən açılıb. 45-ci dəqiqədə Neytan Tella fərqi artırıb. 76-cı dəqiqədə Şik dubl edib. 80-ci dəqiqədə Kristof Baumqartner hesab arasındakı fərqi azaldıb. 89-cu dəqiqədə isə Şik het-trikə imza ataraq matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu nəticədən sonra “Bayer Leverkuzen” 58 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Leyptsiq” isə 62 xalla üçüncü sıradadır.

Növbəti turda Leverkuzen təmsilçisi mayın 9-da səfərdə “Ştutqart”la qarşılaşacaq. “Leyptsiq” isə həmin gün öz meydanında “Sankt Pauli”ni qəbul edəcək.

Избранный
49
90deqiqe.az

1Источники